rusiya-telefonlarda-yerli-proqram-teminatini-tetbiq-edecek

Rusiya telefonlarda yerli proqram təminatını tətbiq edəcək

Rusiya millət vəkilləri smartfonlarda məcburi olaraq yerli proqramlardan istifadə edilməsi təklifini təqdim ediblər.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, rus millət vəkilləri yerli proqramın inkişafını dəstəkləmək məqsədiylə yeni bir layihə hazırlayıb. Bu qanun layihəsi ilə millət vəkilləri Rusiyada satılan bütün smartfon, kompüter və ağıllı televizorların müəyyən bir rus proqramı ilə quraşdırılmasını istəyiblər. 

Rusiyanın smartfonlar bazarında Apple, Samsung və Huawei kimi şirkətlər üstünlük təşkil edir. Bu qanun təsdiqlənərsə, bu telefonlardan yerli bir proqram quraşdırmaq da tələb olunacaq.

Qanun layihəsində əvvəlcədən quraşdırılmış rus proqramı olmayan cihazları satan şirkətlərə cərimə tətbiq edən müxtəlif qaydalar da yer alıb.

Qanun layihəsi parlamentdə qəbul olunarsa, Prezident Vladimir Putinə təqdim ediləcək və təsdiqlənərsə bir qanuna çevriləcək.

Nübar Lətifli