rusiya-twitter-i-cerimeleyib

Rusiya “Twitter”-ı cərimələyib

“Twitter” Rusiyada istifadəçi verilənlərinin lokallaşması barədə məlumatı “Roskomnadzor”-a təqdim etməkdən imtina etdiyinə görə üç min rubl cərimələnib. Tələb olunan məbləğ 2019-cu ilin iyulun 26-sı hesaba köçürülüb. İnsider.az bunu “İnterfaks”-a istinadən xəbər verir.

Xatırladaq ki, “Roskomnadzor” fevral ayında “Twitter” və “Facebook”-a qarşı inzibati qanunu pozma haqda protokollar tərtib etmişdi. Apreldə məhkəmə hər iki şirkəti üç min rubl məbləğində cərimələmişdi. Tənzimləyicinin fikrinə görə, “Twitter” və “Facebook” rusiyalıların məlumatlarının saxlanılmasına dair sorğuya konkret cavab verməyib.

Qeyd edək ki, istifadəçilər barədə məlumatların Rusiya ərazisində saxlanılmasını sayt sahiblərinin öhdəsinə qoyan fərdi verilənlər haqda qanun 2015-ci ildən qüvvədədir.

Samirə Məmmədova