rusiyanin-bank-tarixinde-en-boyuk-sizinti

Rusiyanın bank tarixində ən böyük sızıntı

Rusiyanın ən böyük bankı "Sberbank"ın müştərilərinə aid 60 milyon kredit kartına dair məlumatlar oğurlanaraq satışa çıxarılıb.
 
İnsider.az xəbər verir ki, Rusiya mətbuatında yer alan xəbərlərə istinadən xəbər verir ki, "Sberbank"a aid etibarlı və etibarsız cəmi 60 milyon kredit kartına dair məlumatlar oğurlanıb.
 
Sözügedən kredit kartlarına dair məlumatlar Rusiyada qadağan olunmuş bir internet forumunda satışa çıxarılıb.
 
Satışa təqdim olunan məlumatlar arasında ətraflı şəxsi məlumatlar ilə bərabər, kredit kartına aid maliyyə məlumatları da yer alır.

"Sberbank"dan verilən açıqlamada, sözügedən sızıntıya görə qurum daxilində istintaq başlanıldığı bildirilib.

Mütəxəssislər sızıntının Rusiyanın bank tarixinin ən böyüyü olduğunu qeyd edərək, nəticələrinin bütün bank sektoru üçün pis olacağı fikirindədirlər.

Avropanın da ən böyük bankları arasında yer alan "Sberbank", Müstəqil Dövlət Birliyi, Mərkəzi və Şərqi Avropa ilə bərabər, Türkiyə, Çin və Hindistanda da fəaliyyət göstərir.

Marja