rusiyanin-bas-naziri-azerbaycana-ikigunluk-sefere-gelir

Rusiyanın baş naziri Azərbaycana ikigünlük səfərə gəlir

Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlər keçirəcək.

Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.

Oxu.Az