sabah-baki-parlament-platformasi-yaradilacaq

Sabah “Bakı Parlament Platforması” yaradılacaq

Sabah - iyunun 12-də Azərbaycan, Almaniya və Türkiyədən parlament nümayəndələrinin və ekspertlərinin iştirakı ilə “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” keçiriləcək.

İnsider.az xəbər verir ki, burada əsas məqsəd Azərbaycan, Almaniya və Türkiyə parlamentarilərindən ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” (“Bakı Parlament Platforması”) yaratmaq və bu Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan əsas faktorların qarşısının alınması yollarını, eləcə də qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması, həmçinin nəqliyyat və enerji sahələrində mövcud əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə etməkdir.