İyunun 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər. Məlumatda qeyd edilib ki, A.Mirzoyan artıq ABŞ-a səfərə yola düşüb.