Sabah - iyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.
İnsider.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında
- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş)
- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi
- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş)
Report