sag-populist-partiyalar-avroparlamentde-25-dek-yer-tuta-bilerler

Sağ-populist partiyalar Avroparlamentdə 25%-dək yer tuta bilərlər

Çərşənbə axşamı Avropa Parlamentinə seçkilər başlayıb.

İnsider.az xəbər verir ki, ilk gündə Böyük Britaniya və Niderland səs verib, Avropa İttifaqının (Aİ) əksər ölkələrində isə seçkilər bazar günü keçiriləcək. Avroparlament Aİ-nin tək seçki orqanı olsa da, olduqca məhdud səlahiyyətlidir (məsələn, o, qanunvericilik təşəbbüsünə malik deyil). Belə “demokratiya defisiti”, alman Siyasi Təşkiledilmə Mərkəzinin ekspertlərinin xatırlatdığına görə, Aİ quruluşuna iradlardan biri olaraq qalır.

Ölkələr arasında yerlərin bölüşdürülməsi əhalinin sayından asılıdır. Məsələn, Estoniya, Kipr, Malta və Lüksemburq altı mandatlıq minimal kvotaya sahibdirlər, ən böyük deputat sayını isə almanlar seçəcəklər (751-dən 96-nı).  Seçicilər milli partiyalara səs verirlər, sonra isə Avroparlament fraksiyaları üzrə bölüşdürülmə gedir. Hazırda onda səkkiz fraksiya var, ən iriləri konservativ Avropa Xalq Partiyası (221 yer) və sol Avropa Sosialistləri Partiyasıdır (191 yer).

Əsas məsələlərdən biri avroskeptiklərin nə dərəcə uğurlu çıxış edəcəkləridir. Avroparlamentdə əsas qüvvə fransız “Milli Cəbhəsi”-nin (2018-ci ildən “Milli ittifaq”) lideri Marin Le Penin 2015-ci ildə təsis etdiyi “Millətlər və azadlıqlar Avropası” fraksiyasıdır. Onun partiyasından savayı fraksiyaya italyan “Şimal Liqası”, Avstriya Azadlıq Partiyası, Niderland Azadlıq Partiyası daxildir. Avroskeptik qüvvələrinin inteqrasiyasında xüsusi rolu Avroparlamentdə yeni sağ partiyalar qrupunu yaradacağını və onu ən iri fraksiyaya çevirəcəyini söz vermiş İtaliyanın daxili işlər naziri Matteo Salvini oynamağa başlayıb.

"Populistlər  qorxunu uğurla istifadə ediblər: miqrant, “yad", dəyişiklik qorxusunu", - bunu “Politico” üçün məqaləsində Avropa Şurasının Beynəlxalq işlər üzrə direktoru Mark Leonard ayzır. Lakin hazırda avroyönümlü partiyaların motivasiya kimi vahid Avropanın dağılması qorxusunu istifadə etmək növbəsi gəlib çatıb. 2009-2013-cü illərin avrozona böhranı və miqrant axını fonunda Avropada  başlanmış sağ populizm dalğası Aİ tarixində ən avroskeptik parlamentin formalaşmasına gətirib çıxarıb.

Proqnozlara görə, sağ populsitlər bu seçkilərdə 25%-dək yer tutacaqlar. O zaman onlar avroyönümlü təşəbbüsləri bloklaya biləcəklər. Son zamanlar populistlərin beynəlxalq fəallığı onların indi vahid cəbhə kimi daha yaxşı çıxış etməyə hazır olduqlarını göstərir.

Samirə Məmmədova