Bu ilin aprel ayından Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb.
Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan Macarıstana neft ixrac edir: "Bu ildən etibarən isə Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb. Macarıstanla 100 milyon kubmetrlik müqaviləmiz var".
S. Babayev vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bütün sahələri genişlənir, o cümlədən enerji əməkdaşlığı çoxşaxəlidir.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə bildirib ki, Macarıstana aprel ayında Azərbaycandan ilk 50 milyon kubmetr təbii qaz tədarük edilib.
O qeyd edib ki, Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlıq Macarıstanın enerji təhlükəsizliyini gücləndirəcək.
Report