salyan-ucun-budceden-pul-ayrildi

Salyan üçün büdcədən pul ayrıldı

Prezident İlham Əliyev "Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki, Sərəncam ilə, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon manat ayrılıb.