Satışlar 61 milyard dolları keçib...
Cənubi Koreya nəhəngi, smartfon istehsalına görə dünya lideri Samsung bu gün cari ilin 3-cü rübünün ilkin nəticələrini açıqlayıb.
Şirkətin rüb ərzində toplam satışları ötən illə müqayisədə 9% artıb və 72 trilyon Vona (61,17 milyard dollara çatıb).
Samsung gəlirlərin sahələr üzrə bölgüsünü, xüsusən əsas seqmentlərdən olan smartfon və çip istehsalının payını açıqlamasa da, mənfəətin ötən ilə nisbətən 28% artdığını bildirib. 15,8 trilyon Von (13,26 milyard dollar) mənfəət 2018-ci ildən bəri ən yaxşı rüblük nəticədir. Həmin dövrdə Samsung-un 3-cü rüb üzrə mənfəəti 17,5 trilyon Von təşkil etmişdi.
Samsung da digər iri istehsalçılar kimi yarımkeçirici çiplərin çatışmazlığına görə bir sıra məhsullarının, xüsusən smartfon və məişət əşyalarının istehsalında məcburi azaltmalara gedib. 3-cü rübün tam nəticələri bu ayın sonunda rəsmi açıqlanacaq.
Marja