samsung-5-qat-zum-xususiyyetine-malik-smartfon-kamerasi-hazirlayib

“Samsung” 5 qat zum xüsusiyyətinə malik smartfon kamerası hazırlayıb

“Samsung Electro-Mechanics” (SEM) şirkəti smartfonlar üçün 5 qat zum xüsusiyyətinə malik fotomodul hazırlayıb. Artıq sensorun kütləvi istehsalına başlanılıb. Sözügedən yeniliyin birinci təqdimatı avqustda gözlənilən “Galaxy Note” planşetofonuna quraşdırılacağı gözlənilir.

İnsider.az xəbər verir ki, modulun qalınlığı 5 mm-dir.

Cari ilin yanvarında “Samsung” şirkəti smartfonlar üçün İsrailin kamera istehsalçısı “Corephotonics” şirkətini satın almışdı. Razılaşmanın dəyəri təxminən 155 milyon dollar olub. Güman ki koreyalılar İsrail şirkətinintexnologiyasını yeni fotomodulda tətbiq ediblər.

©"ICTnews"