samsung-boyuk-tutumlu-akkumulyatora-malik-ucuz-smartfonunu-teqdim-edib

“Samsung” böyük tutumlu akkumulyatora malik ucuz smartfonunu təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy M02” adlı yeni ucuz smartfonunu təqdim edib. Məlumata görə, yenilik ucuz “Galaxy M02s” modelinin sadələşdirilmiş və daha ucuz versiyasıdır.

İnsider.az “ferra.ru” saytına istinadən yazır ki, aparat “MediaTek MT6739W” prosessoru, HD təsvir ölçülü 6,5 düymlük “Infinity-V” displeyi ilə təchiz edilib. 2/3 QB əməli yaddaş və 32 QB-lıq daxili yaddaş var. Sonuncu “microSD” yaddaş kartının köməyi ilə artırıla bilər. “Galaxy M02” aparatı 5000 milliamper/saat tutumlu böyük akkumulyator və 13 və 2 mp-lik kameralarla təchiz edilib.

Yeni smartfon, həmçinin iki SİM kart rejimində işləyir. Sözügedən qurğu 9 fevral tarixindən Hindistan bazarında satışa çıxarılacaq. Qiyməti 95 dollar olacaq.

“ICTnews”