samsung-oz-kriptovalyutasini-hazirlayir

“Samsung” öz kriptovalyutasını hazırlayır

“Samsung” şirkəti öz fərdi blokçeyn şəbəkəsi üçün platformanın yaradılmasına başlayıb. İlk öncə o, qapalı olacaq, lakin sonra “Ethereum" əsaslı “Samsung” tokeni alış üçün bütün istəyənlərə açıq olacaq. İnsider.az bu barədə “CoinDesk Korea”-ya istinadla yazır.

Resurs ”Samsung”-un daxili vəziyyətilə tanış olan anonim mənbəyə istinad edərək, qeyd edir ki, şirkətin blokçeyn şəbəkəsinin tədqiqatı və inkişafı ilə məşğul olan xüsusi hədəf qrupu mövcuddur.

Həmin mənbə də əlavə edir ki, blokçeynlə bağlı bir sıra servislərlə çalışır. Düzdür, hələ ki, onların nəyi ehtiva etdikləri, necə adlandıqları və hansı funksiyanı daşıdıqları barədə deyilmir.

Ehtimal edilir ki, “Samsung” “Samsung Coin”-in buraxılışına yol açmaq üçün öz “Blockhain KeyStore” kriptovalyuta pul kisəsini tərtib edib. Bu, onunla təsdiqlənir ki, pul kisəsi hazırda dünyada ən çox istifadə olunan bitkoinlərlə uyğun gəlmir.

Samirə Məmmədova