samsung-sirketi-mukemmel-smartfon-teqdim-edecek

“Samsung” şirkəti "mükəmməl" smartfon təqdim edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti dəlik və kəsikləri olmayan "mükəmməl" smartfon təqdim etməyə hazırlaşır.

İnsider.az-ın xəbərinə görə, şirkətin vitse-prezidentlərindən biri deyib ki, ön kameranı irəli-geri çəkilən modul kimi deyil, ekranın alt hissəsində yerləşdirmək planlaşdırılır.

Kameranın aktivləşdirilməsi vaxtı ekranın müvafiq sahəsi şəffaf olacaq. Bu texnologiyanın artıq növbəti smartfon modellərində tətbiqi güman edilir.

Cihazın satışa çıxarılacağı tarix məlum deyil.

©“ICTnews”