samsung-smartfon-ve-noutbuklarin-enerji-ile-doldurulmasini-suretlendirecek

“Samsung” smartfon və noutbukların enerji ilə doldurulmasını sürətləndirəcək

Cənubi Koreyanın istehlak elektronikası istehsalçısı “Samsung” şirkəti tərəfindən təqdim edilmiş enerji doldurma qurğusunun gücü 100 Vatt təşkil edir ki, bu da analoqlarla müqayisədə 10 dəfə yüksək göstəricidir.

İnsider.az bildirir ki, şirkət “USB Type-C Power Delivery 3.0- SE8A” və “MM101” olmaqla 2 enerji doldurma kontrollerini təqdim edib. Hər iki çip “eFlash” platformasında hazırlanıb.

İstehsalçının məlumatına görə, “USB Power Delivery” texnologiyasını dəstəkləyən “SE8A” enerji kontrollerinə “Secure Element” adlı əlavə təhlükəsizlik elementi quraşdırılıb.

“MM101” kontrolleri isə onunla fərqlənir ki, “AES” şifrləmə alqoritmini dəstəkləyir və enerji doldurma üçün daha təhlükəsiz şəraitin təmini üçün nəmişliyi ölçmə imkanlarına malikdir.