samsung-sosial-sebekelerden-olan-vertikal-videolar-ucun-televizor-teqdim-edib

“Samsung” sosial şəbəkələrdən olan vertikal videolar üçün televizor təqdim edib

“Samsung” şirkəti fırlanan ekranlı “The Sero” televizorunu təqdim edib. İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin səhifəsində deyilir.

43-düymlük ekranı 90 dərəcəyə çevirmək olur. Onu “NFC” üzərindən smartfona calamaq və sosial şəbəkələrdəki – məsələn, “Instagram” və ya “Snapchat”-dan olan – çarxlara baxmaq olur. Horizontal rejimdə cihaz 4,1-kanallı 60-vattlı dinamiklərlə və “Bixby” səs köməkçisilə təchiz olunmuş adi televizor kimi çalışır.

Şirkət “The Sero”-nu Cənubi Koreya bazarına 2019-cu ildə 18,9 milyon Koreya vonu (27,594 AZN) qiymətinə buraxmağı planlaşdırır.

Samirə Məmmədova