"Samsung"un yeni flagmanı "Galaxy Note" seriyasının son modelinin tanıtım tarixi və yeri məlum olub.
İnsider.az xəbər verir ki, Cənubi Koreyanın texnologiya şirkəti 7 avqust tarixində “Samsung Galaxy Unpacked 2019: The Next Galaxy” adlı tədbir həyata keçirəcək. Tədbirdə "Samsung"un bu günə qədər buraxdığı ən güclü smartfon olması gözlənilən “Galaxy Note 10”un 2 fərqli modeli təqdim olunacaq.
Belə ki, standart versiya olan “Galaxy Note 10”un 6,3 düymlük ekrana sahib olacağı, 6,8 düym ekrana malik “Galaxy Note 10+”ın isə 5G-ni dəstəkləyəcəyi iddia olunur.
Həmçinin, çərçivəsiz ekrana malik olacaq “Galaxy Note 10”un ağıllı qələmi "S Pen"ə daha çox funksiya əlavə olunacağı gözlənilir.
©Finans