Poly Network” şəbəkəsi haker hücumuna məruz qalıb.
Bu barədə şəbəkənin “Twitter” səhifəsindən məlumat verilib.
Hakerlər tərəfindən istifadəçilərin 600 milyon dollar dəyərində kriptovaluyta ehtiyatları oğurlanıb. Əsasən bitkoin, eterium və poliqon tokenlərində olan hesablar ələ keçirilib.
Şəbəkə rəhbərliyi kibercinayətkarları oğurladıqları vəsaitləri geri qaytarmağa çağırıb.