“İlk dəfə olaraq Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (İƏTPA) nümayəndə heyəti formalaşdırılacaq”.
Bunu açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
O bildirib ki, nümayəndə heyətinin tərkibi yaxın vaxtlarda məlum olacaq.
Qeyd edək ki, Milli Məclisin aprelin 27-də keçirilən iclasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsi təsdiq edilib.
Report