sefir-iyunun-1-de-kisineuda-baki-ve-irevan-arasinda-sulh-sazisi-imzalana-biler-yenilenib-video

Səfir: “İyunun 1-də Kişineuda Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər” - YENİLƏNİB + VİDEO

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, iyunun 1-də Kişineuda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, - diplomat vurğulayıb.