sehidlerin-xatiresini-yad-etmek-ucun-yaylim-atesi-acilib

Şəhidlərin xatirəsini yad etmək üçün yaylım atəşi açılıb

27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib

Yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.