sehiyye-nazirliyi-legv-edilir-daha-bir-nazire-boyuk-selahiyyetler-verilecek

Səhiyyə Nazirliyi ləğv edilir – Daha bir nazirə böyük səlahiyyətlər veriləcək

Prezident İlham Əliyevin kadr və struktur dəyişiklikləri davam edir.

İnsider.az xəbər verir ki, yaxın günlərdə daha iki nazirliyin birləşdirliməsi planlaşdırılır. Söhbət Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gedir.

Bildirilir ki, bununla bağlı lazım olan bütün işlər yekunlaşıb. Yaxın günlərdə nazirliklərin birləşdirilməsi barədə sərəncam imzalanacaq.

Məsələ ilə bağlı BakuPost-a danışan tanınmış ekspert Rövşən Ağayev hesab edir ki, adları çəkilən iki nazirliyin birləşdirilməsi labüddür və bir çox ölkələrdə səhiyyə sistemi sosial müdafiə sisteminin tərkib hissəsi kimi, eyni qurum tərəfindən idarə olunur:

"Dünyada səhiyyə sistemi ilə sosial müdafiə sistemi qurumlarının bir yerdə olması təcrübəsi geniş yayılıb. Çox uzağa getməyək, elə bizim region ölkələrində - Rusiya və Gürcüstanda bu, sınaqdan keçirilib. Nəzərə alın ki, səhiyyə bütövlükdə sosial müdafiənin tərkib hissəsidir. Həm də onu nəzərə alın ki, yanvar ayının 1-dən Səhiyyə Nazirliyini təsərrüfat funksiyaları, xəstəxanaların idarə edilməsi funksiyaları tam məhdudlaşdırılır. Bilirsiz ki, bu işləri TƏBİB həyata keçirəcək. Bundan sonra Səhiyyə Nazirliyinin əsas işi səhiyyə siyasətinin həyata keçirilməsi olacaq. Bu da çox rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində həyata keçirilə bilər. Yəqin ki, ƏƏSMN-nin tərkibində səhiyyə siyasətini həyata keçirən bir departament yaradılacaq.
Yəni, Səhiyyə Nazirliyinin ləğv edilməsi və ƏƏSMN-ə birləşdirilmsi tamamilə məqbul bir modeldir”.

©BakuPost