İsrail şirkəti tərəfindən hazırlanan “MyHeritage” tətbiqi sürətlə populyarlaşmağa başlayıb.
Lenta.ru portalının məlumatına görə, tətbiq fotoşəkilləri canlandırmaq üçün nəzərdə tutulub.
Tətbiqi “Google Play” və “App Store”dan yükləmək olar. Həmçinin tətbiqin veb-versiyası da mövcuddur.
“MyHeritage” süni intellekt bazasında çalışır. Xüsusi olaraq tətbiq üçün hazırlanmış “Deep Fake” əsaslı neyron şəbəkəsi fotodakı üz cizgilərini kopyalayaraq onları hərəkətə gətirir.
Tətbiqdən istifadə qaydaları olduqca sadədir. Əvvəlcə lazımi foto tətbiqin müvafiq pəncərəsinə yüklənir. Şəkil süni intellekt alqoritmi tərəfindən işləndikdən sonra qısa videoçarx təqdim edilir.