2020-ci ilin 4 may tarixində BMT-nin Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş, QH üzv dövlətlər ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etmişdir. QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə, ölkə başçısı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
Bu təşəbbüsün 130-a yaxın BMT üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
“Azərbaycanın təşəbbüsü qəbul olundu, Ermənistan bu təşəbbüsə qarşı çıxan yeganə dövlət oldu. Bununla da özü-özünü bir dövlət kimi inkar etdi”, - millət vəkili Səməd Seyidov bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə müsahibəni diqqətinizə çatdırırıq.