semed-seyidov-qazaxda-secicileri-ile-gorusdu

Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşdü

107 saylı Qazax seçki dairəsindən millət vəkili seçilən Səməd Seyidov may ayının 22-də seçiciləri ilə görüşüb. Görüş ölkədə elan olunmuş karantin tələblərinə riayət olunmaq şərti ilə Qazax rayonunun  Birinci Şıxlı, İkinci Şıxlı, Quşçu Ayrım və Məzəm kəndlərində baş tutub.

Mütəmadi olaraq seçiciləri ilə görüşən və problemlərin həllində fəal iştirak edən millət vəkili ilə görüşdə 100-ə yaxın seçici iştirak edib. Görüş zamanı Səməd Seyidov seçicilərin təklifləri, eləcə də şikayətləri ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparılıb.

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, eləcə də YAP Qazax rayon təşkilatının Gənclər birliyinin sədri Kənan Hüseynli iştirak edib. Millət vəkili irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Bununla yanaşı belə  qəbulların gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyi və bu barədə öncədən əlavə məlumatın veriləcəyi seçicilərin nəzərinə çatdırılıb.