Bir neçə gün öncə rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibəsində Dağlıq Qarabağa səfər etmək istədiyini bildirmişdi. Bundan savayı, ermənilərə qarşı böyük rəğbət hissi bəslədiyini qeyd etmişdi.
Poznerin işğal altında olan Dağlıq Qarabağa səfər etmək istəyi Azərbaycan cəmiyyətində böyük səs-küy yaratmışdı. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rusiyalı telejurnalistə özünəməxsus şəkildə - şeirlə cavab vermişdi. Rus dilində yazılan şeir ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı üçün, deputat onu Azərbaycan dilinə çevirərək, əsas mənasını çatdırıb.
İnsider.az Səməd Seyidovun Vladimir Poznerə Azərbaycan dilində cavabını təqdim edir:
“Qoy dərk etsin Azərbaycan,
Var qəlbimdə mənim sevgi!
Qoy kənara qalsın vicdan!
Ürək, canımdır erməni”
Bu sözləri deyən insan
Açıq aşkar verdi hökmü;
“Qarabağda olsam bir an,
Xoşbəxt sürərəm ömrümü!”
Mən Poznerin bu fikrini
Qəbul edirəm, neyləyim?!
Lakin, onda dinlə məni!
Bir həqiqət də mən deyim.
Bilik, savad sənə bəlli,
Bilirsən, bu bizim torpaq!
Çönüb murdar kəlmələri
Necə səndə deyir dodaq?!
Ekranlardan qonaq gəlib
Deyirsən dərs soyqırımından.
Niyə onda bəyan edib,
Danışmırsan Xocalıdan?!
Heyran olmusan millətə,
Cəlladlara heykəl qurmuş!
Çörək onlarla kəsəndə,
Bil, yoxdur onlarda namus!
Etiraf edirəm, könlünü
Vermiş "dostum" erməniyə!
Özü bilər niyə ömrünü
Satıb şeytan əməlinə!