semkir-ve-tovuz-ucun-vesait-ayrildi

Şəmkir və Tovuz üçün vəsait ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şəmkir və Tovuz rayonlarının əhalisi 105153 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə  2021-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,4 milyon manat ayrılıb.