serbiyanin-ermenistana-silah-satmasi-ile-bagli-resmi-aciqlama

Serbiyanın Ermənistana silah satması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Serbiya Ermənistana silah satması barədə araşdırmalara başlayıb”. 

İnsider.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov brifinqdə deyib. 

O bildirib ki, Azərbaycan Serbiyadan adekvat cavablar gözləyir.

“Biz Azərbaycanın Serbiyadakı səfirliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Serbiya tərəfi məsələni araşdıracağını bildirib”, - deyə o əlavə edib. 

X.Xələfovun sözlərinə görə, Serbiya şirkətlərinin Ermənistana satdığı silahlar Tovuzda Azərbaycana qarşı yönəlib.