Millət vəkili Nigar Apradarainin məqaləsi xarici mətbuatda dərc olunub. https://www.eureporter.co/world/azerbaijan-world/2022/02/16/eastern-neighbours-or-eastern-part-of-europe/
Ölkəm Azərbaycan Avropa Şurasının, ATƏT-in, AİHM-nin və bir çox başqa ümumavropa platformalarının üzvüdür. Əksər xəritələrdə Azərbaycan Avropanın ən şərq hissəsi kimi göstərilir – Milli Məclisin deputatı Nigar Arpadarai yazır.
İlk dəfə səfər edənlər Avropa Bakısının, paytaxtımızın görünüşünə, bağışladığı rəəssürata heyran qalırlar. Bəs nə üçün hələ “biz avropalıyıq?” deyə sual olunur?
Dəfələrlə eşitdiyim bu sualın klassik cavabı bu cürdür:
Bəli, əgər siz Avropa dəyərlərini paylaşsanız…
Qorxuram, bu ənənəvi cavab artıq məqsədə uyğun deyil və əlavə araşdırma tələb edir. Açığını deyim ki, mən artıq bu sözdə Avropa “dəyərlərinin” nə demək olduğundan əmin deyiləm.
Məncə, Avropada sülh və sabitlik istəyiriksə, dəyərlər paylaşılmalıdır. Onların paylaşılması üçün ilk növbədə bütün tərəflərlə razılaşdırılmalı və qəbul edilməlidir, sonra isə real həyatda da tətbiq oluna bilən olmalıdır.
Dəyərlər isə, xüsusilə də paylaşılan dəyərlər yalnız onlara ardıcıl olaraq riayət edildikdə işləyir.
Azərbaycan timsalında isə Avropa dəyərlər adlandırılan bu dəyərlər bir çox hallarda tətbiq olunmur.
Hamımızın sahib olmalı olduğumuz, lakin bizə şamil olunmayan bu ortaq dəyərlərə gəldikdə isə, biz azərbaycanlıların ən böyük şikayəti təbii ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Otuz il ərzində, 2020-ci ilin sonlarına qədər Ermənistanın işğalçı qüvvələri Azərbaycanın cənub-qərbində - bütün yerli azərbaycanlıların qovulduğu, öldürüldüyü və ya girov götürüldüyü Dağlıq Qarabağda qaldı. Bir vaxtlar azərbaycanlıların evi yerləşən şəhər və kəndlər başdan ayağa tarimar edilib, qənimət kimi daşınıb-aparılıb yaxud da ikinti materialı kimi satılıb. Nə vaxtsa bu ərazilərdə azərbaycanlıların yaşamasıni əks etdirən bütün əlamətlər məhv edildi. Başqa sözlə desək, etnik təmizləmə hesab etdiyimiz aktı bir yana, qeyri-qanuni işğal müddətində həmçinin vaxtilə bölgəni vətən adlandıran azərbaycanlıların iqtisadi və mədəni irsi tamamilə məhv edilib.
Bu işğalın aradan qaldırılması üçün heç bir tutarlı addım atıla bilməyəcəyini - və Azərbaycanın bu reallığı - qeyri-qanuni işğalı qəbul etməli olmasını Azərbaycan hökumətinə və ictimaiyyətinə amansızcasına çatdırması fonunda bu ümumi dəyərlərin harada ədalətli şəkildə həyata keçirildiyini görmək çətinləşdi.
Azərbaycan 2020-ci ildə, ATƏT-in mandatı altında 26 illik uğursuz danışıqlardan sonra öz müqəddəratını öz əlinə aldı və nəhayət, 3000 əsgər və zabitini qurban verərək (canlarından keçən həmin oğullar azad etməyə gəldikləri torpaqlardan köçkün düşən insanların övladları idi) 44 günlük müharibədə işğalçı qüvvələri öz torpaqlarından qovdu. Bu zaman Azərbaycan Avropanın əsas qurumları, hökumətləri və media orqanları tərəfindən kəskin tənqidlərlə üzləşdi. Hələ indi, münaqişənin bitməsindən təxminən 2 il keçməsinə baxmayaraq, AŞPA, ATƏT və ya Avropa Parlamenti arasında azərbaycanyönlü, hətta balanslaşdırılmış qətnamə eşidilmir.
Bu arada, azad edilmiş ərazilərdə döyüşlər başa çatdıqdan sonra mina partlayışları nəticəsində çoxlu sayda insan faciəvi şəkildə həlak olub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı tvinninq layihələrin həyata keçirilməsi üçün həmin ərazilərdə təsadüfi nöqtələrdə, hətta qəbristanlıqlarda belə basdırılmış yüz minlərlə minalar çox ciddi təhlükə yaradır. Bu minaların çoxunu işğalçı Ermənistan ordusu ərazilərdən getməzdən az əvvəl yerləşdirib. Torpaqlarımızı azad etdik, amma bu torpaqları xalqımıza yenidən yaşanlması mümkün əraziyə çevruilməsi üçün bizə illərlə, on milyardlarla investisiya lazımdır.
Ermənistan törədiyi əməllərə görə heç vaxt birbaşa və ya dolayı sanksiyalara məruz qalmamışdır. Azərbaycan ərazisinin azad edilməsi və ya yenidən qurulması səylərində heç vaxt ciddi dəstək almayıb. Bunun nə üçün belə baş verdiyini spekulyativ əsaslandırmaya getməməyi üstün tuturam. Fikrimcə azərbaycanlılar çox nikbin insanlardır, son onilliklərdə bir çox müsibətlərə, iztirablara qürur və mətanətlə qalib gəliblər. İnanıram ki, işğal və müharibə dövründən, işğaldan azad edilmiş bu torpaqları yenidən qurmaq və regionda davamlı sülhə nail olmaq üçün yeni milli ideya və məqsəd hissi ilə ayrılmışıq.
Bununla belə, yuxarıda qeyd olunan dəstəkdən kənar qalmağı nəzərə alsaq, azərbaycanlıların “Avropa dəyərlərini paylaşmağa” ehtiyacı ilə bağlı hər hansı bir söhbət bizə yaraşmaz. Gördüyümüz kimi, hamımızın paylaşmalı olduğumuz ən fundamental dəyərlər – yaşamaq hüququ, evə sahib olma və zərərdən qorunmaq hüququdur ki, bu da Dağlıq Qarabağdakı işğalçı qüvvələrin törətdiyi əməllar, eləcə də, işğalçı qüvvələrin digər hərəkətləri ilə kobud şəkildə pozulmuşdur, lakin əsas Avropa və beynəlxalq qurumların evsiz-eşiksiz, ağır vəziyyətə düşmüş yüz minlərlə insanımızı dəstəkləmək istiqamətində heç bir addım atmamışdır.
Beynəlxalq hüquq və ATƏT-in mandatına əsasən torpaqlarımızın qanunsuz işğalı bütün məqsəd və məram baxıçından bütünlüklə Avropa məsələsi olmasına baxmayaraq, son nəticədə Avropa məsələyə passiv müşahidəçi qismində yanaşdı.
Bununla bağlı edilə biləcək bir şey varmı? Bununla bağlı nəsə edilməlidirmi?
Hər ikisinə bir cavab var – Bəli! Daha təhlükəsiz Avropa üçün bizə barəsində danışılan bu dəyərlər həqiqətən paylaşılmalı və etimad bərpa edilməlidir.
Lakin biz də müəyyən məqamlarda bəzi faktları qəbul etməliyik. Görürsünüz, bir qrup ölkə ilə bağlı artıq bir müddətdir mövcud olan müəyyən ziddiyyət var.Bir tərəfdən, Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz ölkələri əksər ümumavropa təşkilatlarının tamhüquqlu üzvüdür. Biz “Geniş Avropa” adlanan məkanın bir parçasıyıq. Digər tərəfdən, Avropa inteqrasiya prosesinin nüvəsi olan Aİ terminologiyasından istifadə etsək, biz qeyri-müəyyən “Şərq tərəfdaşlarıyıq”.
Tərəfdaşlar Üzv ola bilərmi? Bu, indiki məqamda mümkün görünmür. Aİ çətin ki, bir yerdə qərarlaşa və şərq genişlənməsi isə heç nəzəri cəhətdən gündəmdə deyil. Avropa qitəsinin ən şərq ölkəsi olan Azərbaycan kimi bir ölkə üçün isə ümumiyyətlə…
Beləliklə, biz “Tərəfdaşlar” yaxın gələcək üçün tərəfdaş olaraq qalacağıq, bu reallığı indi qəbul etməyi öyrənməliyik. Bu o deməkdir ki, hər iki tərəfdə yanaşmalar nəzərdən keçirilməlidir, çünki əvvəlkilər çox fərqli şəraitdə tərtib edilmişdir.
Aİ davamlı sülhə nail olmaq və regiondakı bütün ölkələri əhatə edən regional əməkdaşlığa nail olmaq ətrafında qurulmuş yeni bir plan hazırlamalı və əlaqə, təhlükəsizlik, enerji, ekologiya, rəqəmsal transformasiya kimi vacib aktual məsələlərə diqqət yetirməlidir, həmçinin Şərq Tərəfdaşları üçün, hər bir Şərq üzvünün ayrı-ayrılıqda və birlikdə bu qədər böyük, zəngin və güclü Qərb tərəfdaşı olan Aİ-yə malik olmaqdan necə faydalana biləcəyinə dair aydın plani özündə əks etdirən Aİ ilə daha sıx əlaqələrin yol xəritəsini təklif etməlidirlər.
Bəzi yaxşı əlamətlər var. Bu yaxınlarda keçirilən Şərq Tərəfdaşlığı sammiti dialoq platforması təəssüratı yaratdı. Bir neçə gün əvvəl Azərbaycan üçün gecikmiş 2 milyard Avro paketi açıqlandı. Amma biz hələ bir iş planı hazırlamalıyıq.
Plan bütün iştirakçıların şəxsi maraqları, ümumi maraqların dərk edilməsi və hamı üçün faydalı ümumi qaydaların qəbulu əsasında qurulmalıdır.
Əgər biz buna nail olsaq, deməli dünyanın bu hissəsinin, gördüyümüz kimi, asanlıqla məhv oluna bilən və bərpası uzun zaman alan təməllərini sabitləşdirməyə kömək edəcək Avropa dəyərləri ətrafında real danışıqların bir addımlığındayıq.
Eynilə aQarabağın kənd və şəhərləri kimi…