Seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası təsdiqlənib.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkisində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair məsələ müzakirəyə çıxarılıb.
Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.