seudiyye-sahzadesi-ilon-maskin-teklifini-redd-etdi-foto

Səudiyyə şahzadəsi İlon Maskın təklifini rədd etdi - FOTO

“Twitter”in ən böyük səhmdarlarından biri olan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Əl Səud “Tesla” və “SpaceX”in yaradıcısı, planetin ən varlı adamı İlon Maskın sosial şəbəkənin səhmlərinin 100%-ni almaq təklifini rədd edib.

“Mən inanmıram ki, Maskın təklif etdiyi qiymət şirkətin inkişaf perspektivlərini nəzərə alaraq “Twitter”in həqiqi dəyərinə yaxındır. Twitter-in ən böyük və ən uzunmüddətli səhmdarlarından biri kimi mən bu təklifi rədd edirəm” - Səudiyyə şahzadəsi öz “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”nın baş direktoru İlon Mask “Twitter”i 41 milyard dollara almaq təklifi ilə çıxış edib.