Yaponiyanın “Sharp” şirkəti “IFA-2019” Beynəlxalq istehlak elektronikası sərgisində dünyada maye kristal ekranlı ən böyük 8K televizorunu təqdim edəcək. 120 düymlük paneldən ibarət yeni televizor 5-ci nəsil (5G) şəbəkəsinə qoşulmaq imkanına malikdir.
İnsider.az xəbər verir ki, şirkətin nümayəndələrinin sözlərinə görə, gələcək “ağıllı” televizorun təsvir ölçüsü o qədər yüksək ki, sənətşünaslar onu şəkillərin məsafədən öyrənilməsi və ya bərpa işlərinin keçirilməsində istifadə edə biləcəklər. “Sharp” şirkəti yeni model haqqında başqa detallar hələ açıqlamır.
“Engadget” dərgisi yazıb ki, cari ilin iyunda “Samsung” tərəfindən təqdim edilmiş 292 düymlük “The Wall Luxury” əslində dünyada ən böyük 8K televizordur.
“IFA 2019” sərgisi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.