"Siemens Group"un restrukturizasiyası nəticəsində 2020-ci ilin aprel ayında yaradılan "Siemens Energy AG" şirkəti 7 800 işçisini ixtisar edəcəyi barə məlumat yayıb.
İnsider.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ixtisarların təxminən 75%-i idarəetmə, menecment və satış bölmələrində olacağı gözlənilir. Şirkət bu qərarı pandemiya dövründə xərclərin azaltması ilə əsaslandırır.
Qeyd edək ki, "Siemens Energy"nin Almaniyadakı filialı ixtisarlardan ən çox təsirlənəcək. Sözügedən ölkədə şirkətin 3 000 işçisi ixtisar olunacaq.