simali-makedoniya-yeni-prezidentini-secdi

Şimali Makedoniya yeni prezidentini seçdi

Şimali Makedoniyanın Sosial Demokrat İttifaqından irəli sürülmüş namizəd Stevo Pendarovski 99% səslərin hesablanmasında sonra prezident seçkilərinin ikinci turunda qalib gəlib.

İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

“Prezident seçkilərinin nəticələri bizim hamımız – xalq, ailələr, ölkə - üçün aid olduğumuz NATO və Avropa İttifaqına təmin olunmuş yol deməkdir", – deyə nəticələrin elanından sonra Pendarovski bildirib.

Seçki komissiyasının məlumatına görə, qərb yönümlü siyasətçi Stevo Pendarovski ötən seçkilərdə səslərin 52%-ni qazanıb.

Xatırladaq ki, fevralın əvvəlində keçmiş Makedoniyanın ölkənin adını Şimali Makedoniyaya dəyişməsi qərarından sonra Yunanıstan parlamenti ölkənin NATO-ya üzv olmasına imkan verən tədbiri təsdiqləyib.

Samirə Məmmədova