sinqapurda-azerbaycanlilar-terefinden-yaradilan-denizcilik-texnologiya-startapi-boyuk-bir-layihede-t

Sinqapurda Azərbaycanlılar tərəfindən yaradılan dənizçilik texnologiya startapı böyük bir layihədə tərəfdaş seçildi

Azərbaycanlılar tərəfindən yaradılan dəniz texnologiyaları startapı MagicPort - www.magicport.ai, 11 digər aparıcı gəmiçilik və texnologiya şirkətləri ilə birlikdə Sinqapurda yaradılan dənizkənarı ekosistemin dayanıqlılığını artırmaq üçün qurulan  təşəbbüsə yeni tərəfdaş kimi seçildi.

Bu təşəbbüsə Kuok Maritime qrupu rəhbərlik edir, qrup PaxOcean, PCL və POSH kimi böyük gəmiçilik şirkətlərini əhatə edir. Təşəbbüs, gəmilərin elektrikləşdirməsi və loqistika əməliyyatlarının optimallaşdırılması vasitəsilə dekarbonizasiyanı sürətləndirməyi hədəfləyir; bu məqsədlə oxşar düşüncəli sənaye oyunçularını birləşdirir. Təşəbbüsün digər tərəfdaşları arasında Jurong Port, Ken Energy, Columbia Ship Management, RMS, ST Engineering və M1 kimi önəmli şirkətlər daxildir.

11 yeni üzvün təşəbbüsə qoşulması keçən həftə baş verən Sinqapur Dəniz Həftəsində rəsmiləşdirildi. Sinqapur Maliyyə və Nəqliyyat Naziri cənab Çi Honq Tat, qonaq kimi imza mərasimində iştirak etdi.

Təşəbbüs Sinqapur sahili boyunca Malakka Boğazından keçən çox sayda böyük gəmilərə xidmət edən kiçik gəmilər, qayıqlar və əlaqəli infrastrukturun elektrikləşdirilməsini hədəfləyir. Bu təşəbbüs çərçivəsində sifariş verilən sıfır emissiyalı elektrik gəmiləri dünya miqyasında indiyə qədər sifariş edilən ilk və ən böyük elektrik gəmilərindən olacaq.

MagicPort, digər iştirakçılarla birlikdə çalışaraq, müxtəlif loqistika oyunçularını birləşdirən və planlaşdırma və cədvəlləşdirmə həlləri ilə əməliyyat optimallaşdırmasına imkan yaradan digital əməkdaşlıq platforması qurur. Bu cür digital platform sayəsində əldə olunan optimizasiya daha böyük elektrik gəmilərinin iqtisadi səmərəli istifadəsinə imkan verəcək. Bu cür digital həllər Sinqapur sularındakı dəniz nəqliyyatındakı tıxacı 20% azalda bilər.

Əli Qara, təsisçi və CEO deyir: “Liman ekosistemində bütün iştirakçılar üçün görünurlüyü artıran və əməliyyatları təkmilləşdirməyi hədəfləyən bir əməkdaşlıq platformu yaradırıq. Sinqapurda sahil ekosistemini elektronlaşdırmaq və karbonsuz hala gətirmək üçün bu böyük təşəbbüsdə eyni fikirli böyük oyunçularla tərəfdaşlıqdan həyəcan duyuruq. Ümid edirik ki, bunu gələcəkdə nümunəvi bir layihə kimi, öz ölkəmiz Azərbaycanda və Türkiyədə, xüsusilə də çox gəminin keçdiyi Istanbul Boğazında da təkrarlaya bilərik.”

MagicPort, ağıllı və dayanıqlı dəniz nəqliyyatı üçün dəniz əməliyyatları iştirakçılarını bir digital platformada birləşdirməyi hədəfləyir. Bu platformda, gəmi sahibləri və idarəçiləri, təchizatçılar, agentlər və dənizçilər, ehtiyac duyduqları məlumatları taparaq, bir-biri ilə birləşmiş və ağıllı proqramlar vasitəsi ilə çalışa bilərlər. Məqsəd hal-hazırda gəmi əməliyyatlarında baş verən böyük vaxt və resursların isrəfini aradan qaldırmaqdır. MagicPort, qlobal vençur kapital fondları və xarici gəmiçilik şirkətləri tərəfindən dəstəklənib, komanda üzvləri Azərbaycan, Türkiyə, Sinqapur, Böyük Britaniya və BƏƏ-də yerləşir.

MagicPort, 2021-ci ildə Əli Qara və Tural Əliyev tərəfindən təsis edilib. Əli, Stanford Universitetinin məzunudur və əvvəllər BP, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasında çalışıb. Tural isə Oksford Universitetinin məzunudur, MagicPort-a qoşulmadan əvvəl SOCAR və Kaspi Təhsil Şirkətində çalışdıqdan sonra öz şirkətini qurub.

 

A group of people standing on a stageDescription automatically generated with medium confidence

11 yeni üzvün təşəbbüsə qoşulmasını rəsmiləşdirən imza mərasimi, Sinqapur Nəqliyyat Naziri Çi Honq Tat'ın iştirakı ilə keçirildi.