“Slack” korporativ messenceri desktop və veb-müştəri üçün yenilənməsini təqdim edib. İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.
Tərtibatçıların sözlərinə görə, yenilənmiş versiya 50%-dək az əməliyyat yaddaşı istifadə edir.
Veb-müştəri indi, “Slack”-in dediyinə görə, 33% tez yüklənir.
Tərtibatçılar qeyd edir ki, yenilənmə bir neçə layihədə iştirak edən istifadəçilərə faydalı olacaq. Kodun arxitekturası elə şəkildə işlənilib ki, kodlar arasında keçid zamanı əməliyyat yaddaşı və prossesor gücü az istifadə edilsin.
Yenilənmiş müştəri verilənləri başqa cür yükləyir - yenilənmədən əvvəl onlar ancaq bütün kanallardan məlumatın tam yüklənməsindən sonra əks olunub. Hazırda tətbiq onları üzə çıxdıqca yükləyir. Tərtibatçıların sözlərinə görə, bu, “Slack”-in avtonom rejimdə istifadəsi zamanı faydalı olacaq.
Əlavə olaraq, zəngə qoşulma vaxtı da 10 dəfə azalıb. Çağırış zəngi interfeysini də həmçinin təkrar emal ediblər – indi istifadəçilərə zəngin nə vaxt başladığını və kimin ona qoşulduğunu görmək daha rahatdır.
Qeyd edək ki, istifadəçilər yenilənmiş müştərini “bir neçə həftə” ərzində əldə edə biləcəklər.
Samirə Məmmədova