smartfonda-az-yer-tutan-google-go-proqrami-elcatan-olub

Smartfonda az yer tutan “Google Go” proqramı əlçatan olub

Smartfonun daimi yaddaşında 7 MB yer tutan, “Android” sistemi ilə işləyən qurğularda “Google”un standart proqramına alternativ olan “Google Go” dünyada əlçatan olub.

İnsider.az xəbər verir ki, internetdə informasiya axtarışına xidmət edən “Google Go” proqramı ən zəif prosessora və daha az əməli yaddaşa malik smartfonlar üçün nəzərdə tutulub. Həmçinin mobil rabitənin siqnalı zəif olan bir şəraitdə işləmək üçün funksiyalara malikdir: məsələn, internetə qoşulma bir müddət kəsildikdə axtarış nəticələrini yadda saxlayır.

Həmçinin proqrama inteqrasiya edilmiş “Google Lens” funksiyası kameranın tuşlandığı yazıları ucadan oxumağa imkan verir. Bu funksiya veb səhifələri danışığa çevirə və səsli sorğular üzrə axtarış apara bilir.

ICTnews