Smartfondan asılı olan insanı davranışından müəyyən etmək olar.
“Praym”ın məlumatına görə, bu barədə psixoloq Dmitri Sinarev smartfondan ağrılı asılılığın əlamətlərini sadalayarkən bildirib.
Onun sözlərinə görə, belə insan cihazı həmişə əlində və ya yanında saxlayacaq.
“Bu cür insanlar ümumiyyətlə cihazlarının “beyninə” güvənərək çoxlu qrammatik və üslubi səhvlər edirlər”, - deyə bildirən mütəxəssis bunu asılılığın bir əlaməti olduğunu qeyd etdi.
Bundan əlavə, cihazdan asılı olan insanın simvollardan və smayllardan istifadə edərək nəyə isə münasibət bildirməsi daha asandır.
“Danışıq üzərində işləmə zəhmətinə qatlanmadan bu əlamətlərlə düşünməyə başlayırlar”, - deyə psixoloq vurğulayıb.
O, əsas təhlükənin isə insanların proqramlana bilən və nəticədə idarəolunan hala gəlməsi olduğunu deyib.