Çinin “Vivo” şirkəti smartfonlarının enerji ilə doldurulması üçün “Super FlashCharge” texnologiyasını təqdim edib. 120 vatt gücündə texnologiya 4000 milliamper/saat tutuma malik smartfonun akkumulyatorunu 13 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.
İnsider.az “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Vivo” şirkətinin məlumatına görə, akkumulyatorun 50% şarjını doldurmaq üçün 5 dəqiqə vaxt lazımdır. Hazırda bu, smartfonların enerji ilə doldurulması üçün ən sürətli texnologiyadır.
Cari ilin martında “Xiaomi” şirkəti tərəfindən təqdim edilmiş 100 vatt gücündə “Super Charge Turbo” texnologiyası 4000 milliamper/saat tutuma malik akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.