smartfonlarda-yeni-xestelik-tapildi-suretle-yayilir

Smartfonlarda yeni “xəstəlik” tapıldı: Sürətlə yayılır

Son bir həftə ərzində bütün dünyada smartfon istifadəçiləri cihazın ekranında sirli yaşıl, ağ və ya çəhrayı zolaqların peyda olduğunu bildirirlər.

Xətt adətən bir və ya bir neçə ədəd olur.

Məlumata görə, “pandemiya”nın miqyası getdikcə böyüyür, dünyanın müxtəlif ölkələrindən gələn şikayətlərin sayı artır. Lakin bu fenomenin aydın izahı tapılmır.

Fərziyyələrdən biri bunun mexaniki zədələnmə, digəri isə istehsalçı səhvi ucbatından baş verməsidir.