Foto və video mübadiləsi üçün olan “Snapchat” tətbiqi “Həqiqi dostlar” kampaniyasını işə salıb. Şirkət paylaşımların yerləşdirilməsinə görə “Instagram”-dakı bir neçə hesablara pul ödəyib.
İnsider.az bunu “Mashable”-a istinadla bildirir.
Hesablar “realfriends” (həqiqi dostlar”) və “friendshipquotes” (“dostluq sitatları”) teqləri altında dostluq haqda sitatlar nəşr edir və “Snapcatdan sizlər üçün” yazısı ilə imzalayırlar.
Növbəti bir neçə ay ərzində “Snap” reklamı həmçinin “onlarla ölkədə” bilbordlarda və televiziyada yerləşdirəcək.