son-konnerinin-yegane-sexsi-aston-martin-i-satisa-cixarilib

Şon Konnerinin yeganə şəxsi “Aston Martin”i satışa çıxarılıb

Aktyor Şon Konneriyə məxsus “Aston Martin DB5” avqust ayında Kaliforniyada hərracda satılacaq.

Ceyms Bondu canlandıran aktyor dörd il öncə 1964-cü ildə istehsal olunmuş avtomobili alıb.

Bu aktyorun indiyə qədər sahib olduğu yeganə “Aston Martin” olub.

Eyni model avtomobil 1964-cü ildə çəkilmiş “Goldfinger” filmində də istifadə olunub.

Avtomobilin 1,4 milyon dollardan 1,8 milyon dollara qədər qiymətlərlə satılacağı gözlənilir.

DB5-in oxşar nümunələri hazırda təxminən 1 milyon dollara başa gəlir.

Oxu.Az