sosial-sebekelerde-tehlukesizlik

Sosial şəbəkələrdə təhlükəsizlik

Sosial şəbəkələrdə şəxsi məlumatların təhlükəsizliyi problemi bir çox resurslarda təsvir olunub, lakin bugün bu mövzu aktual olaraq qalır. Özünün İnternetdə tamamilə təhlükəsizliyini təmin etmək ondan imtina etmək deməkdir ki, bu da müasir insan üçün qeyri-mümkündür. İnternetdə istənilən hərəkət istifadəçi üçün təhlükə kəsb edir – bu, şantaja, maliyyə vəsaitinin itkisinə, mühüm məlumatların itkisinə gətirib çəxara bilər.

Hər şey dünyada, gec ya tez, rəqəmsallaşır və ümumdünya İnternet şəbəkəsinə düşür – bu, istifadəçinin fərdi məlumatlarına sahib olma vasitəsilə “internet-dələduzlara” şəxsi mənfəətin əldə edilmsi üzrə qeyri-qanuni hərəkətlərin icrası üçün daha çox imkanlar yaradır.

Sosial şəbəkələr şəxsi məlumatların nümayiş edilməsi üçün hansısa həddən artıq təhlükəsiz resurs deyil. Düzdür, sosial şəbəkədə şəhər/ölkə və şəxsi fotolarını, telefon nömrəsi, təhsil, iş yeri və xüsusilə sosial statusu qeyd etmədən qeydiyyatdan keçməyi təsəvvür etmək mümkün olmur. Lakin bu məlumatlar Sizə qarş istifadə oluna bilər və bundan heç kim müdafiə olunmayıb. Buna görə də sosial şəbəkəlrdə fərdi təhlükəsizliyin artırılması üçün riayət edilməsi gərəkən bir sıra sadə qaydalara nəzər salmaq rasional olardı.

1. Dostluğa qəbul etdiyiniz şəxslərə diqqət edin

Sizin kimi dələduzların da sosial şəbəkədə səhifələri var – bu, onların sizin hesabınıza bilavasitə yoludur. Sizin onların dost siyahısına əlavə edilməyiniz onlara naməlum şəxslərin baxışı üçün gizlətdiyiniz məlumatlarınıza giriş verir. Təbii ki, ansısa aksiya, reklam bəhanəsilə, yaxud barənizdə daha çox şey öyrənmək məqsədilə şəxsi yazışma imkanı ya da dələduzluq məqsədilə fədi məlumatlarınızı əldə etmək üçün virus proqramı “yeritmək” imkanı yaranır. Bu səbəbdən də sizə “dostluq” təklif edən insanı diqqətlə təhlil edin, ən yaxşısı isə belə sorğulara etinasızlıq edib silin.

2. İstifadə etmədiyiniz hesabları silin

Sosial şəbəkələrin əksər istifadəçi kütləsinin çoxdan unutduqları bir-iki əlavə səifələri olur, lakin siz o səhifələrdə, çox güman ki, silmədiyiniz şəxsi məlumatlarınızın qaldığını xatırlamalısınız. Əgər artıq bu səhifələrdən istifadə etmirsinizsə, onda sadəcə onları silin ki, şəxsi məlumatınız, lap onlar köhnəlsə belə, açıq qalmasın – hər necə olsa da bu, sizə təzyiq vasitəsidir.

3. Qəliz şifrələrdən istifadə edin

Bəli, bu, olduqca sadə görünür, lakin tipik istifadəçinin tələsik və ya sadəcə yaxşı yadda saxladığı şifrə olduğu üçün sadə şifrəni daxil etməsi adi haldır. Buna bəhanə də “sonra dəyişərəm”-dir. Bu isə şəxsi məlumatlara girişin rahat sındırılmasına gətirib çıxarır. Buna görə də qəliz unikal şifrə təyin edin və yaxşı yadda saxlayın – vərəqdə qeyd etməyin, çünki şifrələr olan vərəqi itirmək də asandır.

4. Gücləndirilmiş qorunmanı ayarlayın

Təbii ki, söhbət ikifaktorlu autentifikasiyadan gedir. Bu, şifrədən başqa daha fərdi verilənlərinizin müdafiəsinin artırılması üçün daha bir alətdir və hesabınıza giriş üçün daha bir sədd yaratmağa imkan verəcək.

5. Konfidensial məlumatı istifadə etməyin

Sosial şəbəkələr dost, həmfikirlərlə ünsiyyət üçündür, şübhəli saytlara hesabınızın calanması üçün deyil. Çünki belə saytlarda barənizdə şəxsi məlumatın təqdim edilməsi tələb oluna bilər, buna görə də milyon udduğunuzu və ya kurortda istirahət üçün mənzili boşaltmağa hazırşlaşdığınızı yazmaq məsləhət deyil. Bu dələduzları müəyyən qeyri-qanuni hərəkətlərini stimallaşdıra bilər.

Təbii ki, bütün bunlar məlumatlarınızın “oğurlanmasından” sizi 100% qorumayacaq, lakin ən azından riski azaldar. Təhlükəsizliyiniz sizin üçün mühümdürsə, bu beş mərhələyə riayət etmək artıq olmaz.

Samirə Məmmədova