sotlandiya-musteqillik-referendumunu-kecirecek

Şotlandiya müstəqillik referendumunu keçirəcək

Şotlandiya höküməti ölkənin Böyük Britaniyadan müstəqillik əldə edilməsilə bağlı ikinci referenduma icazə verən qanun layihəsini dərc edib. İnsider.az bu barədə “The Guardian”-a istinadla xəbər verir.

Sənəd Şotlandiyanın Böyük Britaniya tərkibindən çıxması barədə ikinci referendumun 2021-ci ilədək keçirilməsini nəzərdə tutur.

Səsvermə ölkə sakinlərinə “avropalı millət və ya ona “Brexit”-in sırındığı dövlət” olmağın arasında seçim etməyə imkan verəcək.

Xatırladaq ki, 2017-ci ilin martında Şotlandiya parlamenti ölkənin Böyük Britaniyadan müstəqilliyi barədə yeni referendumun keçirilməsini dəstəkləmişdi. Lakin ölkənin baş naziri Nikola Störcen bu məsələnin “Brexit”-in hansı şərtlər üzrə baş tutacağının aydın olmasından sonra həllinin labüd olduğunu bəyan etmişdi.

Samirə Məmmədova