Aprelin 20-si “Florida Today”-in fotoqrafı narıncı rəngdə tüstüyə fikir verib. Belə ki, tüstü “SpaceX Crew Dragon” gəmisinin sınaqdan keçdiyi Kanaveral burnundakı ABŞ-ın HHQ bazasının ərazisindən gəlirdi.
İnsider.az “Reuters”-ə istinadla xəbər verir ki, bir qədər sonra şirkət təmsilçiləri də mühərriklərin test edilmə zamanı sıradan çıxdığını deyərək, hadisəni təsdiqləyiblər. Onlar heç kimin zərər çəkmədiyini bildiriblər.
Şirkət artıq NASA-ı bu hadisə barədə xəbərdar edib.
“Biz elə buna görə testləri keçiririk. Biz bundan nəticə çıxarıb, lazımi dəyişiklikləri tətbiq edəcəyik və özəl pilotla idarə olunan kosmik gəmi proqramları üzərində işləməyə davam edəcəyik”, - deyə NASA-nın direktor Cim Braydenstayn qeyd edib.
Qeyd edək ki, 2019-cu ilin martın 3-də “Crew Dragon” avtomatik rejimdə Beynəlxalq Kosmik Stansiyasına qovuşub və Yer üzərinə geri dönüb.
Samirə Məmmədova