spacex-marsa-yollanacaq-kosmik-geminin-maketini-ugurla-sinaqdan-kecirdi-video

“SpaceX” Marsa yollanacaq kosmik gəminin maketini uğurla sınaqdan keçirdi- VİDEO

"SpaceX" şirkəti "Starhopper" adlı qurğunun sınaqlarını uğurla başa çatdırıb.

Insider.az xəbər verir ki, sınaqları əks etdirən video şirkətin YoutTube kanalında yerləşdirilib. 

Kadrlardan göründüyü kimi, "Ulduzlara tullanan" adlı gəmi əvvəlcə göyə qalxır sonra isə yaxınlıqda yerə yumşaq eniş həyata keçirir.

"Starhopper" – "Starship" adlı kosmik gəminin kiçildilmiş maketidir. Sonuncunun köməyi ilə "SpaceX" rəhbəri İlon Mask tarixdə ilk dəfə Mars planetinə insan göndərmək niyyətindədir.

©Oxu.az