spiker-daha-bir-komekcisini-isden-cixardi

Spiker daha bir köməkçisini işdən çıxardı

Milli Məclis sədrinin köməkçisi Ruslan Şahbaz oğlu İsmayılov vəzifəsindən azad edilib.

İnsider.az xəbər verir ki, bu barədə parlament sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Qeyd edək ki, R.İsmayılov 2-ci dərəcəli dövlət müşaviridir.

Oxu.Az