“Spotify” yaxın həftələrdə öz ilk cihazı olan avtomobillər üçün “Car Thing” “ağıllı” köməkçisinin ictimai test olunmasını işə salacaq. Şirkət insanların idarəetmə zamanı musiqi seçimləri barədə öyrənmək istəyir. İnsider.az bu barədə “The Verge”-ə istinadla xəbər verir.
O, avtomobil alışqanına qoşulur və “Bluetooth” üzərindən smartfonla sinxronlaşır. Aktivasiya üçün “Car Thing”-ə “Salam, Spoify”, daha sonra isə mahnı və ya podkastın adını demək kifayətdir. Cihaz “Spotify” hesabına qoşula və istifadəçinin pleylistinə giriş əldə edə bilir.
“Car Thing”-in üzrəində mahnının adı əks olunan kiçik yumru ekranı və pleylistlərin işə salınması üçün bir neçə düyməsi var. Test edilmə ABŞ-da kiçik “Spotify Premium” istifadəçi qrupu üzərində keçəcək. Resursun məlumatına görə, şirkətin testin keçirilməsi üçün sərt zaman çərçivəsi yoxdur və o, cihazın satışa çıxıb-çıxmayacağı barədə qərara gəllməyib.
“Spotify” bəyan edir ki, şirkətin məqsədi apparat məhsulları ilə məşğul olmaq deyil, əvvəlki kimi “dünyada ən iri audioplatformaya” çevrilməkdir. Şirkətin bloqunda deyilir ki, gələcəkdə o, digər testlər keçirəcək və “Voice Thing” və “Home Thing” barədə məlumatın çıxdığı halda, təəccüblənməməyi tövsiyyə edir.
Mənbələrin dediyinə görə, “Spotify” bu ticari markaları qeydiyyatdan keçirib və ev üçün “ağıllı” dinamikin yaradılmasında, yaxud ən azından, onun pilot test edilməsində maraqlıdır.
Samirə Məmmədova