“TikTok” sosial şəbəkəsinin sahibi “ByteDance” şirkəti ödənişli musiqili striminq servisinin tərtibatına başlayıb. Gözlənilənə görə, o, inkişafda olan bazarlarda “Spotify” və “Apple Music”-in rəqibi olacaq.
İnsider.az bunu “Bloomberg”-ə istinadla xəbər verir.
Tətbiqin buraxılışı 2019-cu ilin payızına təyin olunub. Tətbiq ödənişli musiqili servislərin hələ ki əlçatan olmadığı yerlərdə buraxılacaq. Şirkət artıq iki ən iri hind leyblı olan “T-Series” və “Times Music”-ə hüquqları əldə edib.
“TechCrunch”-ın dediyinə görə, servisin həm ödənişli, həm də ödənişsiz versiyaları olacaq. Yeni servis üçün əsas bazar Hindistan olacaq.
“ByteDance”-in özü şərh verməkdən imitna edib.
Samirə Məmmədova